Accessibility links


Nigeriya ordusunun bildirdiyinə görə, hərbi bazaların birinin kilsəsində partlayışlar olub. Maşına yerləşdirilmiş 2 bomba partlayışı nəticəsində 11 adam həlak olub, 30 insan yaralanıb.

Hərbi mənbələrin dediyinə görə, insanlar əsasən ikinci hücum zamanı həlak olub. Onlar birinci hücumun qurbanlarına yardım etmək üçün hadisə yerinə gedərkən ikinci hücum baş verib. Hadisənin Kaduna ştatındakı Jaji bazasında baş verdiyi deyilir.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Lakin son zamanlar Nigeriyada kilsələr Boko Hərəm islamçı təriqət tərəfindən hücumlara məruz qalır.
Cümə günü ordu ölkədə şəriət qanunlarının təbiqinə çalışan qrupun liderləri barədə məlumat verənə yüz minlərlə dollar məbləğində mükafat vəd edib.

Human Rights Watch-un təxminlərinə görə, 2009-cu il Boko Hərəmin mübarizəyə başlamasından bəri Nigeriyada 28000 insan həlak olub.
XS
SM
MD
LG