Accessibility links

Boko Haramla mübarizə etmək məqsədilə regionda birgə işçi qrupu yaranacaq


Nigeriya prezidenti Muhammadu Buhari
Nigeriya prezidenti Muhammadu Buhari

Muhammadu Buharinin ABŞ səfəri davam edir

Nigeriya prezidenti Muhammadu Buhari bildirib ki, yaraqlı qrupu Boko Harama qarşı regional birgə işçi qrupu bu ayın sonu fəaliyyətə başlayacaq.

Cənab Buhari Amerikanın Səsinə müsahibəsində Nigeriyanın bu işçi qrupuna başçılıq edəcəyini deyib və Çad, Niger, Benin Respublikası və Kamerunun qoşunları yaraqlılara qarşı mübarizə etmək məqsədilə səfərbər ola biləcəklərini bildirib.

Nigeriyanın şimalında dəstəklənən cənab Buhari Boko Harama qarşı mübarizədə bəzi irəliləyişlərin əldə olunduğunu desə də, yaxın zamanlarda qrup üzərində qələbə qazanılacağı barədə əvvəlcədən bir söz deməyib.

Cənab Buhari artıq dördüncü gündür Vaşinqtonda səfərdədir. O, ABŞ Dövlət katibi Con Kerri və Konqres üzvləri, habelə ABŞ-da yaşayan nigeriyalılarla görüşüb.

Nigeriya lideri bu həftənin əvvəli Ağ Evdə prezident Barak Obama ilə görüş keçirib. Görüş zmanı cənab Obama Nigeriyada ilk demokratik hakimiyyət dəyişikliyi ilə başa çatan seçkiləri alqışlayıb.

Cənab Buharinin prezident seçilməsində rol oynayan ən başlıca faktorlardan biri onun sələfi Qudlak Conatanın Boko Haramın altı ildir başladığı qiyama son qoya bilməməsi olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG