Accessibility links

Yeni hesabat: Boko Haram qrupunun zorakılıqları nəticəsində 11 min insan həyatını itirib


Yeni hesabata əsasən, Nigeriyanın şimalında Boko Haram qrupunun zorakılıqları nəticəsində 11 min insan həyatını itirib.

Hesabat Con Hopkins universitetinin Beynəlxalq Araşdırmalar bölməsinin alimləri tərəfindən hazırlanıb. Tədqiqatçılar Nigeriyada 1998-ci ildən başlayaraq qanlı zorakılıqlar haqda məlumatlardan istifadə ediblər.

Washington Post qəzetində hesabatla bağlı dərc edilən məqalədə tədqiqatçılar Boko Haram qrupunun törətdiyi zorakılıqların dünyada ən qanlı münaqişələrdən biri olduğunu bildirib.

Tədqiqatçılar 2013-cü ilin iyul ayından bu ilə qədər son 12 ay ərzində Nigeriyada yeddi min adamın öldürüldüyünü bildirib. Onların sözlərinə görə, bu, İraq və Əfqanıstanda döyüşlər nəticəsində tələfatlardan qat-qat artıq göstərcidir.

Bu göstəricilərə Boko Haram tərəfindən hücumlar və Nigeriya hərbi qüvvələrinin onlara qarşı hərbi əməliyyatları nəticəsində tələfatlar daxil edilir. İnsan haqları qrupları Nigeriya hərbi qüvvələrini militanatların qarşısını almaq üçün ağır silahlardan istifadə etməkdə günahlandırır.

Tədqiqatçılar 1998-ci ildən etibarən Nigeriyada etnik, dini, siyasi və iqtisadi zəmində zorakılıqlar nəticəsində ümumilikdə 3o min insanın həyatını itirdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG