Accessibility links

Nigeriyada intiharçı hücumunda 4 nəfər həyatını itirib


Maiduguri, Nigeriya
Maiduguri, Nigeriya

Nigeriyanın şimal-şərqində üç intiharçı tərəfindən törədilən bomba hücumu nəticəsində dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Rəsmiləri hücumçulardan birinin kişi, ikisinin isə qadın olduğunu bildirir. İntiharçı bomba hücumunun hədəfi Boko Haram militant qrupuna qarşı yeddi ildir aparılan mübarizənin mərkəzində olan Maiduguri şəhəri yaxınlığındakı Umariri kəndi olub.

Borno ştatının polis idarəsinin nümayəndəsi Viktor İsuko bildirib ki, "intiharçılar üzərlərində yerləşdirdikləri evdə hazırlanmış partlayıcıları müxtəlif istiqamətlərdə qaçan zamanı parladıblar".

Rəsmilər ölənlər arasında bir qadın və onun iki uşağının, eləcə də kəndin nəzarətçisinin olduğunu bildirib.

Milli Fövqəladə Hallar agentliyinin sözçüsü İbrahim Əbdülkadirin bildirdiyinə görə, kəndin nəzarətçisi hücumçuları saxlamağa çalışıb.

Hələlik hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb, lakin əvvəllər buna oxşar bomba hücumları Boko Haram qrupu tərəfindən törədilib.

BMT-nin bildirdiyinə görə, son yeddi il ərzində Boko Haram qrupunun zorakılıqları nəticəsində iki milyondan çox insan məcburi köçkün olub, 20 mindən çox insan həyatını itirib.

Militant qrup rəhbərlikdə mübahisələrlə əlaqədar bir neçə ay sürən sakitlikdən sonra bu yaxınlarda hücumları intensivləşdirib.

Boko Haramın 2009-cu ildə Nigeriya hökumətinə qarşı silahlı mübarizəyə qalxması ticarət və kənd təsərrüfatı sahəsində fəaliyyətlərin pozulması ilə nəticələnib.

Nigeriya prezidenti Məhəmməd Buharinin hakimiyyətə gəldikdən sonra militant qrupa qarşı müvəffəq hərbi kampaniya aparmasına baxmayaraq, Boko Haram insan ölümü ilə nəticələnən hücumlarını davam etdirir.

XS
SM
MD
LG