Accessibility links

Nigeriyada məktəbdə hücum 30 şagird və müəllimin ölümülə nəticələnib



Nigeriyada islamçı olduğundan şübhələnilən silahlı şəxslərin məktəbə hücum edərək, binanı yandırması və qaçmağa çalışan məktəblilərə atəş açması nəticəsində təxminən 29 şagird və bir müəllim həlak olub.

Hadisədən sağ qurtara bilmiş şahidlər Nigeriyanın şimal-şərqində yerləşən Mamudo kəndində səhər tezdən baş vermiş hadisə zamanı məktəbdə olan bəzi şagirdlərin diri-diri yandığını deyib. İnternat məktəbin şagirdlərindən biri atəş səslərinə oyandığını və güllə atəşi nəticəsində sağ əlində dörd barmağını itirdiyini deyib. Onlarla şagird kolluqlar olan tərəfə qaçıb. Onların taleyi bəlli deyil.

Məktəb Nigeriya prezidentinin fövqəladə vəziyyət elan ediyi və islam dövləti yaratmaq uğrunda döyüşən islamçı yaraqlılara qarşı mübarizə aparmaq üçün silahlı qüvvə göndərdiyi bölgədə yerləşir.

Hücum zamanı iki oğlunu itirmiş bir atanın sözlərinə görə, region təhlükəli olaraq qalır. O bildirib ki, silahlı şəxslər məktəblərə hücum edir və “bölgədə əsgərlərin yerləşdirilməsinə baxmayaraq, şagirdlər müdafiə olunmur”.

Nigeriya rəsmiləri hücumun islamçı yaraqlı qrup olan Boko Haram tərəfindən həyata keçirildiyinə inanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG