Accessibility links

Muhammadu Buhari Nigeriyanın prezidenti seçilib


Nigeriyada Muhammadu Buhari hazırkı prezident Qudlak Conatanı məğlub edərək seçkilərin qalibi olub. Amerikanın Səsinin müxbiri İbrahim Əhməd və Piter Klotti Abucadan xəbər verib ki, cənab Conatan prezident seçilmiş Muhammadu Buhariyə bu gün zəng edərək onu qələbə münasibətilə təbrik edib.

Nigeriyanın Mərkəzi Seçki Komissiyası hələlik seçkilərin qalibinin adını elan etməyib. Lakin seçki rəsmiləri nəticələrin cənab Buharinin çox səslə irəlidə olduğunu göstərdiyini bildirib. O, Nigeriyanın 36 ştatında böyük üstünlük əldə edib və ölkə üzrə cənab Conatandan 2 milyon səs üstünlüyə malikdir.

Muhammadu Buharinin qəlbəsi Nigeriyada Xalq Demokratik Pariyasnın 16 illik hakimiyyətinə son qoyur. Bu həmçinin ilk dəfədir ki, Nigeriyada prezidentlik hakimiyyəti səsvermə yolu ilə dəyişir.

72 yaşlı Muhammadu Buhari1983-cü ildə Nigeriyada ordu zabitlərinin hakimiyyəti ələ almasından sonra ölkənin 20 müddətinə hərbi lideri olub.

XS
SM
MD
LG