Accessibility links

Neft qiymətlərinin düşməsi Nigeriyanı çətin vəziyyətə salıb [Təhlil]


Neft qiymətlərinin aşağı səviyyəyə düşməsi bəzi ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Afrikanın ən çox neft istehsal edən ölkəsi olan Nigeriya da istisna deyil.Təhlilçilər qarşıdan gələn ilin çətin keçəcəyini düşünür.

Afrikanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrindən biri olan Nigeriyanın taleyi uzun zamandır neft qiymətləri ilə sıx bağlı idi. Xam neftin qiyməti 2014-cü ilin pik zamanında 35 dollara enməsi təhlilçilərin narahatlığına səbəb olub. Bismark Revan Laqosda yerləşən Maliyyə Mənbələri konsaltinq şirkətinin rəhbəridir.

Bismark Revan: “Neft qiymətlərində enmə hazırsızlıq baxımından fəlakətə gətirib çıxaracaq qədər böyük təsirə malik olub.”

Gündə 2 milyon barrel neft istehsal edən Nigeriya Afrikanın ən nəhəng xam neft istehsalçıları sırasındadır. Hökumətin gəlirlərinin 70 faizi neft satışlarından əldə olunur. Milli Statistika Bürosunun məlumatına görə, neft ixracatın 69 faizini təşkil edir. İqtisadiyyatı petro dollarlardan asılı olan Nigeriya neftin qiymətlərinin düşməsinə görə həssas vəziyyətdə qalır, deyə Ekobankın Enerji Araşdırmaları üzrə direktoru Dolapo Oni bildirir.

Dolapo Oni: “Neft iqtisadiyyatı və ya büdcəni idarə etmək üçün hökumətin əsas gəlir mənbəyidir. İqtisadiyyatda investisiya tamamən neftdən aslıdır.”

Neft iqtisadiyyatı və ya büdcəni idarə etmək üçün hökumətin əsas gəlir mənbəyidir. İqtisadiyyatda investisiya tamamən neftdən aslıdır.

Prezident Muhammadu Buxari 2015-ci ildə seçkilərdə qalib gələrək, daha çox iş yerlərinin açılacağına və korrupsiyaya son qoyacağına söz verib. Onun təqdim etdiyi büdcə keçən illə müqayisədə 25 faiz daha çoxdur və infrastrukturda investisiyaları da əhatə edir.

Lakin Revan deyir ki, neft qiymətlərinin düşməsi hökumətin söz verdiyi bəzi lahiyələri ləğv etməsinə səbəb olacaq.

Əgər hökumət lüks lahiyələrə vəsait ayırmaya davam etsə və verdiyi sözlərə əməl etməsə böhrandan qaçmaq mümkün olmayacaq. Lakin hökumət buna ciddi və səmimi yanaşsa, bəzi vədlər maliyyə vəziyyəti yaxşılaşanadək təxirə salına bilər və böhrandan qurtulmaq mümkün ola bilər.
Bismark Revan

Bismark Revan: “Əgər hökumət lüks lahiyələrə vəsait ayırmağa davam etsə və verdiyi sözlərə əməl etməsə böhrandan qaçmaq mümkün olmayacaq. Lakin hökumət buna ciddi və səmimi yanaşsa, bəzi vədlər maliyyə vəziyyəti yaxşılaşanadək təxirə salına bilər və böhrandan qurtulmaq mümkün ola bilər.”

Neft qiymətlərinin düşməsi cənab Buharinin planlarını poza bilər. Lakin Oni deyir ki, neft sənayesində köklü dəyişikliklər də hökumətə stimul verə bilər. Bu dəyişikliklərə yanacaq dotasiya lahiyəsində korrupsiyaya son qoyulması və israfçılığın qarşısının alınması, eləcə də dövlətə məxsus Nigeriya Milli Neft şirkətində islahatlar aparılması daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG