Accessibility links

Boko Haram 200-dən çox məktəbli qızın oğurlanmasının məsuliyyətini üzərinə götürüb


İslamçı yaraqlı qruplaşması Boko Haram 200-dən çox məktəbli qızın oğurlanmasının məsuliyyətini üzərinə götürüb. Xəbər agentliklərinin yayımladığı videoda qrupun lideri Əbubəkər Şekau qızların satışa çıxarılacağını bildirib.

Nigeriya prezidenti Qudlak Conatan ötən ay islamçı ekstremistlər tərəfindən oğurlandığı ehtimal edilən qızların azad edilməsi istiqamətində bütün imkanlara əl atılmasını əmr edib.

Bazar günü çıxış edən Conatan baş verən hadisənin həm valideyinlər, həm də bütün xalq üçün imtahan və çətin vaxt olduğunu deyib.

Lakin paytaxt Abujada bir qrup qəzəbli valideyin hökuməti laqeydlikdə və qızlarını xilas etmək istiqamətində ləng işləməkdə təqsirləndirib.

276 qız aprelin 15-i Borno ştatının Çhibok şəhərində oğurlanıb.

Yerli rəsmilər qızların bəzilərinin Kamerun və ya Çada keçdiklərini ehtimal edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG