Accessibility links

Nigeriyanın şimalında yerli rəsmilər və sakinlər islamçı yaraqlıların 90-dan çox qadın və qızı oğurladıqlarını deyib.

Yerli rəsmilər eyni zamanda silahlı şəxslərin hücum zamanı onlarla adamı öldürdüyünü bildirib.

Nigeriya hökuməti hadisənin kim tərəfindən törədildiyi barədə məlumat verməyib.

Boko Haram islamçı qrupu Nigeriyanın şimal-şərqində islamçı dövlət qurmaq məqsədi ilə beş il fəaliyyəti ərzində regionda bir sıra qanl; hücumlar həyata keçirib.

Aprel ayında Boko Haram qrupu 200-dən çox məktəbli qızı oğurlayıb.
XS
SM
MD
LG