Accessibility links

Nigeriya rəsmiləri İrana silahla bağlı məlumat veriləcəyini bildirmişlər

  • Amerikanın səsi

Nigeriya rəsmiləri İrana silahla bağlı məlumat veriləcəyini bildirmişlər

Nigeriya rəsmiləri İrana silahla bağlı məlumat veriləcəyini bildirmişlər

Nigeriya rəsmiləri BMT Təhlükəsizlik Şurasının İranın istehsal etdiyi silahların dəniz vasitəsi ilə gətirildiyini təsdiq etsə, bunun beynəlxalq qanun və BMT sanksiyalarının pozulması olduğunu və bu haqda İrana bildiriş verəcəklərini söyləmişlər. Nigeriyanın xarici işlər naziri Odein Acumaqobia məsələ ilə bağlı açıqlamanı bu gün verib.

Dünən İranın xarici işlər naziri Manuçehr Mottəki ilə göüşən Nigeriyanın xarici işlər naziri daniz vasitəsi ilə silah ticarətindən danışıb. Prezident Acumoqobia cənab Mottəkinin Nigeriya rəsmilərinə silah alverində əli olan iki iranlıdan birini danışdırmağı təklif etdiyini bildirib. İki həftə bundan əvvəl Nigeriyanın gizli xidmətinin işçiləri tərəfindən Laqosda ələ keçirilən silahlar arasında qumbaralar, raketlər və digər partlayıcı cihazlar aşkar edilmişdi.

XS
SM
MD
LG