Accessibility links

Muhammadu Buhari: "Nigeriya demokratiyaya qucaq açdı"


Cənab Buhari mayın 29-u inaqurasiya olunacaq

Nigeriyanın yeni seçilən prezidenti Muhammadu Buhari ölkəsinin demokratiyanı qəbul etdiyini və birpartiyalı dövlətin geridə qaldığını deyib.

Cənab Buhari çərşənbə günü seçki komissiyası onu seçkinin qalibi elan etdikdən bir neçə saat sonra Abucada çıxış edib. Buhari hazırkı prezident Qudlak Conatanı 2 milyon səs üstünlüyü ilə məğlub edib.

Cənab Buhari cənab Conatanı “layiqli rəqib” adlandırıb və ona “dostluq əlini” uzatdığını deyib.

Prezident Conatanın Xalq Demokratik Partiyası 1999-cu ildən bəri Nigeriyanı idarə edir.

Bütün Mütərəqqilərin Konqresi partiyasına mənsub olan cənab Buharinin inaqurasiyası mayın 29-u keçiriləcək.

Nigeriyanın Mərkəzi Seçki Komissiyasının sədri Attahiru Ceqa çərşənbə günü rəsmən cənab Buharinin 15,4 milyon səslə seçkinin qalibi olduğunu açıqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG