Accessibility links

Nigeriya seçkilərində müxalifət qalib gəlir


Nigeriya seçkilərində müxalifət qalib gəlir

Nigeriya seçkilərində müxalifət qalib gəlir

Nigeriyada parlament seçkilərinin ilkin nəticələri müxalifətin hakim Xalq Demokratik Partiyası üzərində mühüm qələbələr çaldığını göstərir.

Nigeriya qəzetləri Nümayəndələr Palatasının spikeri Dimeci Bankolenin öz doğma yurdunda müxalifətdə olan Nigeriya Hərəkət Konqresinin (NHK) namizədinə uduzduğunu xəbər verir.

Ümumi trendlər göstərior ki, NHK iqtisadi paytaxt sayılan Laqosun da daxil olduğu cənub-qərbdə əksər yarışlarda qalib gəlib. Başqa partiya, Proqressiv Dəyişiklik Uğrunda Konqres partiyası isə ölkənin şimalında üstünlüyü ələ alıb.

XS
SM
MD
LG