Accessibility links

Nigeriya və ABŞ liderləri Vaşinqtonda görüşdü

  • Cəmilə Aydın

Nigeriya və ABŞ liderləri Vaşinqtonda görüşdü

Nigeriya və ABŞ liderləri Vaşinqtonda görüşdü

Nigeriyada rəhbər vəzifəsini icra edən Qudlak Conatan ABŞ prezidenti Barak Obama ilə bazar günü görüşüb.

Nigeriyada rəhbər vəzifəsini icra edən Qudlak Conatan ABŞ prezidenti Barak Obama ilə bazar günü görüşüb. Cənab Obama onu korrupsiyaya qarşı mübarizə və yeni seçki islahatları keçirmək verdiyi haqda verdiyi sözə əməl etməyə çağırıb.

Cənab Conatan Vaşinqtonda nüvə təhlükəsizliyinə dair sammitdə iştirak edir. Bu, onun fevral ayında prezident Umaru Yar-Aduanın səhhəti ilə əlaqədar olaraq hakimiyyətə keçməsindən bəri xaricə ilk səfəridir.

Ağ evin verdiyi bəyanata əsasən, prezident Barak Obama cənab Conatana deyib ki, ABŞ Nigeriya və onun xalqı ilə münasibətlərə mühüm yer verir.

Keçən həftə iki ölkə terrorizmə qarşı mübarizə, iqtisadi inkişafın genişləndirilməsi və Nigeriyada şəffaf və azad seçkilərin keçirilməsində yardımın göstərilməsi kimi qarşılıqlı məsələləri müzakirə etmək üçün ikitərəfli komissiya təşkil etib.

Nigeriya ABŞ-ın ən əsas neft ixracatçısıdır və Afrika regionunda əhalisi ən çox olan ölkədir.

XS
SM
MD
LG