Accessibility links

Nigeriyanın neftlə zəngin Delta regionunda yanacaq daşıyan yük maşınının qəzaya uğrayaraq alovlanması nəticəsində 100-ə yaxın adam həlak olub.

Polis xəbər verir ki, maşın Rivers ştatında aşdıqdan sonra insanlar daşmış yanacağı toplamaq üçün əraziyə axışıblar.

Tanker qəfildən alşmış, nəticədə 92 adam ölmüş, bir neçə nəfər isə ciddi xəsarət almışdır.

Nigeriyada yollar bərbad vəziyyətdə olduğundan maşın qəzaları tez-tez baş verir.
XS
SM
MD
LG