Accessibility links

Nigeriyada terror aktı ilə bağlı şübhəlilər saxlanılıb


Nigeriyada terror aktı ilə bağlı şübhəlilər saxlanılıb
Nigeriyada terror aktı ilə bağlı şübhəlilər saxlanılıb

Nigeriya rəsmiləri cümə günü müstəqillik günündə baş vermiş və 12 adamın ölümünə bais olmuş bomba partlayışı ilə əlaqədar 9 adamı saxladıqlarını xəbər verirlər. Kəşfiyyat xidmətinin sözçüsü deyir ki, şübhəlilərin sabiq nigeriyalı militant lider Henri Okah ilə təmasları var. O, bildirib ki, hücumçular ilk olaraq daha böyük hücum planlaşdırmışdılar, lakin hüquq-mühafizə orqanları qəsdin qarşısını alıb. Okah şənbə günü Cənubi Afrikada həbs olunub və ona qarşı qanun məcəlləsində nəzərdə tutulmuş anti-terror ittihamları irəli sürülüb. Prokurorlar Yohannesburq məhkəməsinə bildiriblər ki, Okah Abucada müstəqillik günü münasibətilə düzənlənmiş şənliklər zamanı iki maşın partlayışına görə birbaşa məsuliyyət daşıyır.

XS
SM
MD
LG