Accessibility links

Nigeriyada Milad bayramı günü kilsələr hücuma məruz qalıb

  • Amerikanın səsi

Nigeriyada Milad bayramı günü kilsələr hücuma məruz qalıb

Nigeriyada Milad bayramı günü kilsələr hücuma məruz qalıb

Milad bayramında İslamçı yaraqlıların kilsələrdə həyata keçirdikləri bomba hücumlarının 35 nəfərin ölümünə səbəb olmasından sonra sabiq hərbi idarə təhlükəsizliyi təmin edəcək liderə ehtiyac olduğunu bildirib.

Bu ilin aprel ayında keçirilən prezident seçkilərində Qudlak Conatana uduzmuş Məhəmməd Buhari hökumətin hadisəyə dərhal reaksiya verməməsini biganəliyin ifadəsi kimi dəyərləndirib. Afrikanın şəriət qanunlarını təşviq edən İslamçı qrup Boko Haram Milad bayramı günü üç kilsədə həyata keçirilən bomba hücumlarının məsuliyyətini öz üzərinə götürüb.

Roma papası Benedikt Nigeriyadakı Milad bombalamalarını “absurd” adlandırıb. Müqəddəs Piter meydanında moizə edən papa hücumlardan kədərləndiyini bildirmiş və qurbanların ruhlarına dua oxumuşdur.

XS
SM
MD
LG