Accessibility links

Boko Haramın zorakılıqları nəticəsində regionda ərzaq böhranı yaranıb


BMT-nin Ərzaq təşkilatı bildirir ki, Boko Haram militant qrupu tərəfindən törədilən zorakılıqlar nəticəsində nigeriyalıların qonşu ölkələrə qaçması regionda qida çatışmazlığı və ərzaq böhranına səbəb olub.

Boko Haram Nigeriyanın şimal-şərqinə nəzarəti keçən il ələ keçirərək minlərlə insanı qətl edib.

Militant qrupun insanları öz evlərindən çıxararaq onları sərhədi keçməyə məcbur etməsi regionda ərzaq böhranın yaranmasına gətirib çıxarıb. 200 minə yaxın insan qonşu ölkələr olan Kameron, Çad və Nigerdən sığınacaq istəyir.

Minlərlə qaçqın yerli sakinlərlə yaşayaraq onların ərzaqlarını bölüşürlər. Regionda yaşanan quraqlıq da ərzaq qıtlığına səbəb olub.

Dünya Ərzaq Proqramının rəsmiləri bildirib ki, Şimali Kamerunda uşaqlar arasında aclıq səviyyəsi adətən 9 faiz olduğu halda, hazırda 36 faiz təşkil edir. BMT 15 faizdən yüksək aclıq səviyyəsini təhlükəli hesab edir.

Bu ərazilərdə yaşayan yarım miliyona yaxın insanın Nigeryada böhranın təsirinə məruz qaldığı bildirilir.

XS
SM
MD
LG