Accessibility links

Nigeriyanın şimal-şərqində qadın intiharçının bombanı partladması nəticəsində 14 nəfər həlak olub.

Şahidlərin dediyinə görə 50 insan yaralanıb.

Rəsmilər bildirib ki, bazar günü baş verən partlayış Yobe ştatının paytaxtı Damaturu şəhərinin bazarında olub.

Hücumla bağlı məsuliyyəti öz üzərinə götürən olmayıb.

Bu ayın əvvəlində Ramazan bayramını qeyd etmək istəyən Damaturunun yerli sakinləri arasında intiharçının üzərindəki bombanı partlatması nəticəsində azı 9 insan həlak olmuşdu.

XS
SM
MD
LG