Accessibility links

Amerikalı kəndirbaz Nik Vallenda yüksəklikdə kəndir üstündə yerimək üzrə dünya rekordu vurub.

Nik Vallenda heç bir təhlükəsizlik tədbiri görülmədən Çikaqoda iki göydələn arasında çəkilmiş kəndirin üzərindən iki dəfə keçib. İkinci cəhd zamanı Nikin gözləri bağlı olub.

35 yaşlı Vallenda çay sahilində göydələnlər ətrafında toplaşan minlərlə insanın gözü qarşısında Çikaqo çayı üzərində asılmış kəndirin üzərindən keçib.

Onun 138 metr uzunluqda kəndir üzərində çayın o biri tərəfinə keçməsi 6 dəqiqə yarım sürüb.

Məftil kəndir 179 metr yüksəklikdə bucaq altında qurulub.

İkinci dəfə isə o,166 metr yüksəklikdə 29 metrlik kəndir üzərindən gözü bağlı keçə bilib.

Bununla Nik Vallenda iki dünya rekordu vurub. Bu, ən yüksək məsafədə və ən yüksək məsafədə gözü bağlı kəndirlə yerimək üzrə dünya rekordlarıdır.

XS
SM
MD
LG