Accessibility links

Nikol Kidman “The Family Fang” filminin çəkilişlərində


Komediya dram janrında “The Family Fang” adlı yeni filmin çəkilişlərində Nikol Kidmanı tanımaq çətin idi.

Daim dəb-dəbəli görünüşlü avstraliyalı aktrisasını bu dəfə olduqca sadə görünüşdə, papaqlı gödəkcədə tanımaq bir qədər vaxt aldı.

O, bu dəfə həmkarı, Hollivud əfsanəsi Kristofer Ualken və “Horrible Bosses” filmindən aktyor Ceyson Beytmenlə birgə meşədə yeni filmdə çəkilir.

Beytmen filmdə Baster Fanq obrazını ifa edir, Nikol isə onun bacısı Annini oynayır.

Onlar birgə, müəmmalı şəkildə yoxa çıxmış məşhur valideyinlərini axtarıb tapmaq üçün ata evlərinə dönür.

Filmdə Kristofer Ualken onların qəribə ataları Kaleb Fanq obrazını yaradır.

XS
SM
MD
LG