Accessibility links

Nil Qorsaçın Ali Məhkəməyə nominasiyasının təsdiqi ilə bağlı dinləmə davam edir


ABŞ Senatında cümə axşamı Ali Məhkəməyə nominasiya edilən hakim Nil Qorşaçın vəkillərinin ifadələri dinlənİLəcək.

Son üç gündür Qorşaç özü ifadə verirdi. O, Ali Məhkəmənin son illərdə üzləşdiyi və ya üzləşəcəyi abort, səsvermə hüququ, prezident imtiyazları və seçki kampaniyalarının maaliyyələşdirilməsi kimi məsələrlə bağlı sualları cavablayıb.

Qorşaç bir çox məsələ ilə bağlı fikirlərini bölüşməkdən imtina edib və buna səbəb olaraq hazərda davam edən və onun gələcəkdə səs verməli olacağı məhkəmə işləri və iddiaları göstərib.

Demokrat Senator Patrik Lihi Qorsaça hakim kimi müstəqil olub-olmadığı barədə sual verib:

“Onlar (prezident Donald Tramp, Stiv Bannon, Reins Pribus) donorlarına məhkəməyə sosial baxımdan mühafizəkar və korporativlər tərəfdarı olan bir hakimi nominasiya edəcəklərinə söz veriblrər. Siz isə demək istəyirsiniz ki, onlar bunu edəndə öz adlarından danıb və sizi nəzərdə tutmayıb. Elədirmi?”

Nil Qorsaç: “Bəli”.

Demokratların etirazlarına baxmayaraq, Qorsaçın təsdiqinin qarşısını almaq çox çətin olacaq. Konqresdə respublikaçılar çoxluq təşkil edir və onun nominasiyasını komitə daxilində təsdiq edib, Senata göndərmək üçün kifayət qədər səsə malikdirlər.

Orada isə respublikaçılar demokratların filibaster (əksəriyyətin qanunvericilik fəaliyyətinə mane olmaq məqsədilə azlığın diqqəti yayındırmaq üçün istifadə etdiyi vasitə) vasitəsilə sonuncu səsvermənin qarşısını almaq şansını aradan qaldırmaq üçün Senat qaydalarını dəyişə bilərlər.

XS
SM
MD
LG