Accessibility links

Nils Mujnieks Azərbaycan hökumətini siyasi məhbusları azad etməyə çağırıb [Video]


Nils Mujnieks

Nils Mujnieks

Mujnieks qeyd edib ki, Avropa Oyunları dünyanı Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı məlumatlandırmaq üçün bir fürsətdir

Latviya paytaxtı Riqada “Şərq tərəfdaşlığında Medianın rolu” mövzusunda Birinci KİV konfransı keçirilib. Konfransdan sonra Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks jurnalistlərin suallarını cavablandırıb. Amerikanın Səsinin əməkdaşı Pərvanə Bayramova da tədbirdə iştirak edib.

Sualları cavablandıran Nils Mujnieks Azərbaycan hökümətinin tənqidi səsləri boğmaqla və onları həbs etməklə Avropa İnsan Haqları Konvensiyasına zidd davrandığını deyib.

“Düşünürəm ki, Azərbaycan tənqidi fikrilərini bölüşdükləri üçün həbs olunan insanları sərbəst buraxmalıdır. Bunların sırasına bloqerlər, insan haqları müdafiəçiləri və jurnalistlər daxildir. Hökümət Avropa İnsan Haqları Konveniyasına dair öhdəliklərini yerinə yetirməldir ki, onlar hələ ki bunu etmirlər. Mən onlarla dialoq yaratmağa və istiqamətlərini dəyişmələrinə razı salmağa çalışmışam, amma hələ ki uğur əldə edə bilməmişəm. Mən əlimdən gələni etməyə çalışmışam. Məsələn, Avropa İnsan Haqları Məhkəməsindəki işlərlə məşğul olmuşam. Ümid edirəm ki, Azərbaycan istiqamətini dəyişəcək və doğru olanı edəcək, çünki inanıram ki, bu insanlar Azərbaycan üçün böyük resursdur. Mən isə mandatım dövründə Azərbaycanda insan haqları pozuntularını işıqlandırmağa davam edəcəm,” deyə cənab Mujnieks bildirib.

Azərbaycan tənqidi fikrilərini bölüşdükləri üçün həbs olunan insanları sərbəst buraxmalıdır

O, Xədicə İsmayılova, Rəsul Cəfərov, Hilal Məmmədov daxil olmaqla haqsız olaraq həbsdə olan digər insan haqları müdafiəçiləri və jurnalistlərin Azərbaycan üçük mühüm rol oynadıqlarını bildirib və onların azadlığa buraxılmasına çağırıb. Cənab Mujnieks Azərbaycan hökümətini tutduğu yoldan döndərmək üçün səlahiyyətlərindən tam istifadə etdiyini də qeyd edib.

Mujnieks Azərbaycanda ədliyyə sisteminn müstəqil olmadığını və məhkəmələrin insanları siyasi sifarişlə həbsə göndərdiyini deyib. Onun sözlərinə görə bu prosses uzun zamandır davam edir, ancaq ötən ilin avqust ayından bəri daha da intensivləşib. O, Hilal Məmmədovu qeyd edərək onun da Azərbaycandakı digər insan haqları müdafiəçiləri, bloqer və jurnalistlər kimi haqsız yerə həbsdə olduğunu vurğulayıb.

Mujnieks həmçinin qeyd edib ki, Avropa Oyunları dünyanı Azərbaycanda insan haqları vəziyyəti ilə bağlı məlumatlandırmaq üçün bir fürsətdir, çünki oyunlar zamanı diqqət Azərbaycanın üzərində olacaq.

"Düşünürəm ki, Avropa Oyunları diqqəti Azərbaycanın üzərinə çəkir. Ona görə də ümid edirəm ki, orada oyunlarda iştirak etməyə gedənlər və oraya nümayəndə heyəti göndərən dövlətlər getdikləri ölkədə insan haqlarının vəziyyətindən xəbərdar olmalıdırlar ki, sonra öz mətbuatları vasitəsilə diqqəti Azırbaycandakı vəziyyətə çəksinlər və Azərbaycanı ziyarət edəndə həmsöhbətləri ilə bu mövzunu müzakirə etsinlər. Azərbaycan höküməti Xədicə, Rəsul, Hilal kimi haqsız olaraq həbsdə olan insan haqları müdafiəçilərini, jurnalistləri və digərlərini sərbəst buraxmalıdırlar.

Məsələn, İntiqam Əliyev Avropa Şurasının yaxın tərəfdaşıdır. O, Azərbaycanda Avropa Şurasının tətbiq etdiyi hüquq proqramının koordinatoru idi. O, həmçinin Avropa İnsan Haqları Məhkəməsinə ərizə göndərən yüzlərlərə insana vəkillik edirdi. Amma qeyri-hökümət təşkilatları ilə bağlı qanun qəbul olunandan sonra onun fəaliyyəti çətinləşdi, çünki bu qanun Azərbaycanda insan haqları sahəsində fəaliyyəti davam etdirməyi qeyri-mümkün etdi. Mən düşünürəm ki, İntiqam Əliyev haqsız yerə həbs olunub və sərbəst buraxılmalıdır," deyə o bildirib.

XS
SM
MD
LG