Accessibility links

Nils Mujnieks: Azərbaycan hakimiyyətini Leyla Yunusu azad etməyə çağırıram


Nils Mujnieks
Nils Mujnieks

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks növbəti dəfə Azərbaycan hakimiyyətini səhhətinin ağır olması ilə əlaqədar hüquq müdafiəçisi Leyla Yunusu azad etməyə çağırıb.

“Mən 16 aydan artıqdır həbsdə olan Leyla Yunusun səhhətinin pisləşdiyi və son illər kritik vəziyyətə çatdığı haqqında həyəcanverici məlumat aldım.

Hesab edirəm ki, onun hazırki səhhəti heç bir həbs forması ilə bir araya sığmır. Dərhal azad edilməsə, onun səhhətinin bərpa olunmayacaq qədər pisləşəcəyindən ehtiyatlanıram.

Bu səbəbdən, Azərbaycan hakimiyyətini humanitar səbəblərdən onu azad etməyə çağırıram”, deyə Mujnieksin bəyanatında bildirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG