Accessibility links

Nils Mujnieks: Ən çətin vəziyyəti Azərbaycanda müşahidə elədim


Nils Mujnieks

Nils Mujnieks

“Bir çoxlarımız bayramı qeyd etməyə hazırlaşır, mənim fikrim isə həyatlarını insan haqlarının qorunmasına həsr etmiş tərəfdaşlarımızın yanındadır. Bu il Avropa Şurasının bir neçə üzv ölkəsində hüquq müdafiəçiləri üçün xüsusilə çətin və təhlükəli keçib. Mən ən çətin vəziyyəti Azərbaycanda müşahidə elədim. Burada hakimiyyət hüquq müdafiəçilərini, media peşəkarlarını və Avropa Şurasının vətəndaş cəmiyyəti tərəfdaşlarını sistematik hücumlara məruz qoyur. Saxlanan və ya mühacirətə gedənlərin sayı artmaqdadır.” Bu barədə Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin Azərbaycanda həbsdə olan hüquq müdasfiəçilərinin fotoları olan Facebook səhifəsində deyilir.

Siyasi məhbuslar (Foto Avropa Şurası insan haqları komissarı Nils Mijnieksin Facebook səhifəsindən götürülüb)

Siyasi məhbuslar (Foto Avropa Şurası insan haqları komissarı Nils Mijnieksin Facebook səhifəsindən götürülüb)

“Mən onları salamlayıram. 2015-ci ildə onların işində ədalətə çatılması və insan haqları işinin təşviqi üçün əlimdən gələn hər şeyi həyata keçirməkdə davam edəcəyəm”, deyə N. Mujnieks bildirib.

Beynəlxalq insan haqları təşkilatları İlham Əliyev hökumətinin Azərbaycanda 100-ə yaxın siyasi məhbus saxladığını deyir. Bu rəqəm hazırda sanksiyalarla üzləşən Rusiya və Belarusdakı siyasi məhbusların sayından çoxdur.

Azərbaycan rəsmiləri bir qayda olaraq ölkədə siyasi məhbusların olmadığını israr edir və həbs edilmiş jurnalistləri və sivil cəmiyyət fəallarını siyasətə dəxli olmayan cinayətlərdə ittiham edirlər.

XS
SM
MD
LG