Accessibility links

Avropa insan hüquqları komissarı: Yarım saatlıq söhbətimiz ərzində o ağlayırdı...


Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

İnsan Hüquqları üzrə Avropa komissarı kimi iki il yarımlıq fəaliyyətim müddətində ən çətin missiyamı həyata keçirdim. Oktyabrın sonlarında Avropa Şurasının sədrliyini başa çatdıran Azərbaycanda - neftlə zəngin olan ölkədə oldum. Azərbaycan insan hüquqları müdafiəçilərinə qarşı görünməmiş təzyiq edən ölkə kimi tarixə düşəcək”. Bu barədə Nils Mujnieks öz facebook səhifəsində yazıb.

O yazır ki, tanıdığı bir çox hüquq müdafiəçiləri Azərbaycan həbsxanalarındadır. “Ürək ağrısı ilə Leyla Yunusa - ölkənin ən məşhur hüquq müdafiəçisinə, Saxarov adına Avropa Parlamentinin 3 finalçısından birinə baş çəkdim. Yarım saatlıq söhbətimiz ərzində o ağlayırdı, dibaet, hepatit C və böyrək problemləri var”, deyə Mujnieks yazır.

Daha sonra o qeyd edib ki, Azərbaycanı tərk edəcəyi gün Yunusun həbs müddəti daha 4 ay uzadılıb.

“Başqa bir ağır görüşüm, Azərbaycanın tanınmış vəkillərindən olan İntiqam Əliyevlə oldu. Onun həbs müddəti də mənim ölkəni tərk edəcəyim gün uzadılıb. Məhkəmənin qərarı elan edilərkən İntqam huşunu itirdi”, deyə Avropa Komissarı yazır.

Daha sonra o, Anar Məmmədli və Rəsul Cəfərovla görüşlərini təsvir edir.

“Tərəfdaşlarımın əksəriyyəti həbsdə olduğu bir vaxtda, digərləri hüquq müdafiə fəaliyyətini dayandırmaq, ölkəni tərk etmək və ya gizlənmək məcburiyyətində qalıblar, Emin Hüseynov kimi.

“Mən ona baş çəkdim. Gənc olmasına baxmayaraq (35 yaş) təzyiqi yüksəkdir və mitinq zamanı polis tərəfindən döyülməsinin nəticəsi olan köhnə onurğa travması var. Onu müayinə edən həkimlər deyirlər ki, o, Azərbaycan həbsxanasında yaşaya bilməzdi. Avropa Şurasının əsas tərəfdaşlarını həbsdə görmək ağır idi. Bu, Avropa Şurasının Azərbaycanla normal əməkdaşlığına mane olur. Bu repressiyalara dərhal son qoyulmalıdır”, deyə Mujnieks yazır.

Öz növbəsdində Azərbaycan rəsmiləri ölkədəki həbslərin qanuni əsaslarının oldeuğunu bildiri və ölkədə qanun qarşısında hamının bəırabər olduğunu bildirir. Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı baxışlarına görə heç kimin həbs edilmədiyini və ölkədə siyasi məhbdusun olmadığını bəyan edib.

Bununla yanaşı yerli hüquq müdafiəçiləri iyrimidən yüzədək siyasi məıhbusun olduğunu bildirir. Amnesty İntebational otuzdan çox şəxsi “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG