Accessibility links

Urmiyəli gənc məhbusun türkcə kitabları müsadirə edilib


Nima Həsəni

Nima Həsəni

Güneylə bağlı məlumat yayan veb səhifələr hazırda Urmiyə zindanında məhkum olunduğu həbs müddətini keçirməkdə olan gənc fəal Nima Həsəninin həbsxana məmurlarının basqılarına məruz qaldığını yazırlar.

Oyan News saytının yaydığı məlumata görə, təhlükəsizlik məmurları həbsxananın gənclər bölməsində saxlanılan fəalın türkcə kitablarını müsadirə ediblər. Məlumatda kitabların hamısının İranın Mədəniyyət və İrşad Nazirliyinin icazəsi ilə nəşr edildiyi qeyd edilib.

Həbsxanalarda türkcə kitab saxlayıb və başqaları ilə paylaşan məhbuslara qarşı məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı bundan öncə də insan haqları qrupları tərəfindən xəbərlər yayılıb.

22 yaşlı fəal Urmiyə Gölü ətrafında cərəyan edən ekoloji böhranla bağlı təşkil olunan kampaniyalara qatıldığı üçün ötən il Urmiyə İnqilab Məhkəməsi tərəfindən “rejimə qarşı olan separatçı qruplar və partiyaların xeyrinə təbliğat” aparmaqda günahlandırılaraq 6 ay həbsə məhkum edilib. İlkin məhkəmənin hökmünü daha sonra Apellyasiya Məhkəməsi 1 ay həbs cəzası ilə əvəzləyib.

XS
SM
MD
LG