Accessibility links

Nina Davuluri 2014-cü il Amerika gözəli adına layiq görülüb


Nyu-York ştatından Nina Davuluri 2014-cü il Amerika gözəli adına layiq görülüb. 24 yaşlı Nina Amerika tarixində gözəllik müsabiqəsində ilk Hindistan əsilli qadın kimi qələbə əldə edib.

O, qazandığı 50 min dolları tibbi sahədə aldığı təhsilinə sərf edəcək.

İstedad göstəricisi kimi Nina Bollivud rəqsi nümayiş etdirib.

Nina digər 52 müsabiqə iştirakçısı arasında verilən suallara cavabları, gecə paltarı və çimərlik geyimi ilə də fərqlənib.

Amerika gözəli kimi Davuluri Təhsil Nazirliyinin Elm,Texnologiya, Mühəndislik və Riyaziyyat şöbəsini təmsil edəcək.
XS
SM
MD
LG