Accessibility links

Nina Oqnyanova: Olimpiadadan sonra jurnalistlərin işi çətinləşə bilər


Nina Ognyanova

Nina Ognyanova

Soçidə Qış Olimpiya Oyunları başa çatanda Beynəlxalq Olimpiya komitəsi və xarici qonaqların Rusiyanı tərk etməsindən sonra hökumət Olimpiadanı tənqid edən jurnalistlər və hüquq müdafiəçilərinə qarşı repressiv tədbirlər görə bilər. Bunu Amerikanın Səsinə müsahibədə Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Nina Oqnyanova bildirib.

"Rusiya indiyə kimi görünməmiş bir şəkildə hüquq müdafiəçiləri, vətəndaş hüquqları və ətraf mühit fəallarına, həmçinin onsuz da repressiv tədbirlərə məruz qalmış jurnalistlərə qarşı təzyiq göstərir. Olimpiya oyunlarından sonr onların vəziyyətinin daha da ağırlaşa biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur"-deyə Oqnyanova qeyd edib.

Jurnalistləri Müdafiə Kmitəsinin nümayəndəsinin sözlərinə görə, Olimpiada ilə bağlı tənqidi çıxışlar edən jurnalislətlər və hüquq müdafiəçilərinə qarşı repressiv tədbirlər görülə bilər. "Beynəlxalq Olimpiya komitəsi ölkəni tərk edəcək və daha ağır nəticələrin olacağını gözləmək olar. Bu, əsas narahatlıq mənbəyidir"-deyə Nina Oqnyanova Amerikanın Səsinə bildirib.

O qeyd edib ki, bütün post-sovet məkanında vəziyyətlə bağlı narahatlıq mövcuddur. "Keçmiş sovet bloku hələ də Rusiyaya baxır, ölkədə media ilə bağlı siyasətin müəyyənləşməsi, eləcə də vətəndaş azadlıqlrı ilə bağlı qanunların qəbul edilməsində ondan nümunə götürür. məhz buna görə də Rusiyada baş verən proseslər təkcə Rusiya üçün deyil, həm də bütün region üçün önəmlidir"-deyə Nina Oqnyanova vurğulayıb.
XS
SM
MD
LG