Accessibility links

Nino Burcanadzenin həyat yoldaşı polisə qarşı zorakılıqların təşkilində ittiham edilib


Nino Burcanadzenin həyat yoldaşı polisə qarşı zorakılıqların təşkilində ittiham edilib
Nino Burcanadzenin həyat yoldaşı polisə qarşı zorakılıqların təşkilində ittiham edilib

Müxalifət lideri Nino Burcanadzenin həyat yoldaşı Gürcüstanda ötən həftə Mixail Saakaşvilinin istefası tələbi ilə keçirilən aksiyalar zamanı polisə qarşı zorakılıqların təşkilində ittiham edilib. Badri Bitsadzeyə qarşı ittihamlar bu gün Gürcüstanın prokurorluğu tərəfindən adio və video ifadələr əsasında irəli sürülüb.

Bitsadze məhkəmə hokmü çıxarılanadək azadlıqda qalacaq. Ötən cümə axşamı günü hökumət əleyhinə nümayişlər zamanı 90 adam həbs edilib, 40 nəfər xəsarət alıb. İnsan hüquqları müdafiəçiləri hökuməti hədsiz gücdən istidafə etməkdə ittiham edir. Lakin bəzi müşahidəçilər nümayişçilərin polisi təhrik etdiyini bildirir.

XS
SM
MD
LG