Accessibility links

İran rəsmiləri deyir ki, Tehran nüvə materiallarını ölkədən kənara köçürməyəcək. Tərəflər İran mübahisəli nüvə proqramının həllinə dair danışıqları bərpa etməyə hazırlaşdığı bir vaxt İran dünyanın qüdrətli dövlətlərinin tələbini rədd edib.

İranın dövlət televiziyasında xarici işlər nazirinin müavini Abbas Arağçıya istinadən bildirilib ki, nüvə materiallarının İrandan çıxarılması “qırmızı xətt”dir.

İran gələn həftənin çərşənbə axşamı günü BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvə və Almaniya ilə nüvə proqramını müzakirə etməyə hazırlaşır.

Bu, İranın yeni prezidenti Həsən Ruhani avqust ayında vəzifəsinin icrasına başlayandan bəri ilk danışıq olacaq. Cənab Ruhani Qərbin İrana tətbiq etdiyi sanksiyaları yüngülləşdirməsi üçün diplomatik səylər göstərəcəyinə söz vermişdi.

Onun sələfi Mahmud Əhmədinejad BMT Təhlükəsizlik Şurasının İranın uranı zənginləşdirmə planını dayandırması tələbini rədd etmişdi. Qərb ölkələri İranın nüvə silahı əldə etməyə çalışdığını düşünür. İran isə nüvə proqramının dinc mahiyyət daşıdığına təkid edir.
XS
SM
MD
LG