Accessibility links

İranda senzura Nizaminin “Xosrov və Şirin” əsərinin yeni nəşrində dəyişikliklər edilməsini istəyir

  • Insafəli Hidayət

İranda senzura Nizaminin “Xosrov və Şirin” əsərinin yeni nəşrində dəyişikliklər edilməsini istəyir

İranda senzura Nizaminin “Xosrov və Şirin” əsərinin yeni nəşrində dəyişikliklər edilməsini istəyir

Nizami Gəncəvinin “Xosrov və Şirin” kitabı yazılandan 900 il sonra İranda İrşad Nazirliyinin senzura maşınına ilişib. İranda nəşrolan qazetlər və xəbər agentlikləri, o cümlədən Mehr xəbər agentliyi, islahatçıların “İbtikar” və “Mərdomsaları” gündəlik qəzetləri tərəfindən yayılıb.

İranlılar Azərbaycanın dahi şairi Nizami Gəncəvini azərbaycanlı və türk yox, bir iranlı şair kimi tanıyır və onun mənzumələrini məktəblərdə və universitələrdə tədris edirlər.Təkcə “Peydayiş” nəşriyyatı 7 dəfə Nizaminin “Xosrov və Şirin” adlı əsərini çap edib. Nəşriyyat və kitabın xarici görünüşünü dəyişərək onu 8-ci dəfə dərc etmək və yeni şəkildə bazara çıxarmaq istəyirmiş. Nəşriyyat “İranın Mədəniyyət və İrşad Nazirliyi”ndən nəşr üçün icazə almaq istəyir. Qeyri-rəsmi olaraq İranın senzura nazirliyi kimi bilinən İrşad Nizaminin “Xosrov və Şirin” adlı əsərinin çapına bəzi şərtlərlə icazə verə biləcəyini bildirib.

Peydayiş nəşriyyatının müdürü Fəriba xanım Nəbati İran medyalarına bildirib ki, “Bizdən istədilər ki Nizaminin əsərində irad tutulan hissələri deyişək.”

Fəriba xanım İradların biri barəsində belə deyir: Nizaminin şeiri

“Ləbi şəkərinin varıdı bir badə südü

Verdi əlinə ki bunu mənim adıma iç

Cavanmərd aldı südü şirin əlindən

Necə deyim şirin şəkər kimi başə çəkdi

Niyə ki şirin kimi həmağuş saqilə

Süd ki heç zəhər olasa belə nuş olar

Məst kimi meyin badəsin boşaltdı

Çün məclisdən getməyə qərar verdi saqi”

Nəbati xanım deyir ki Kültür və İrşad Nazirliyi bizdən istədi ki “Məst kimi meyin badəsin boşaltdı” bəndini əsərdən çıxardaq

Xanım Nəbati əlavə edir ki, onlar buna əlavə olaraq “Farscasının 135-ci səhifəsinin 14-cü sətrində olan “qucağa almaq” sözünün də əsərdən çıxardılmasını tələb ediblər.

Qeyd edək ki, “Xosrov və Şirin”in bəhs olunan hissəsində “qucağa almaq” erotik/ seksual bir məna ifadə etmir, əksinə kədərli bir məqamı anladır: Əsərdə Xosrovu yuxuda ikən öldürüblər və Şirin bundan xəbər tutan kimi onun başı üstünə gedib, cəsədi qucağına alıb yəni ona sarılıb, ağlayır.

Peydayiş nəşriyyatının müdürü Fəriba xanım Nəbati əlavə edir ki, İrşadın nümayəndələri ona bildirib ki, “Xosrov və Şirinin” 45-ci səhifəsində 1, 2 və 3-cü beytlərindən “xanımların rəqsi” kəlmələri götürülsün. Bundan əlavə; 62, 81 və 82-inci səhifələrdə isə “xəlvəte getmək”, “qucaq” və “əl tutmaq” kəlmələri qaldırılsın

Fəriba xanım Nəbati bu hadisəninin özünə Rza Şahın zamanında senzura idarəsində baş verən bir əhvalatı xatırlatdığını söyləyir: O, İranın fars dilində ən görkəmli əsərlərindən biri olan Hafizin divanını nəşr etmək üçün o, Şah dövrünün senzura idarəsinə müraciət edir. Senzura məmuru əsəri oxumağa başlayır və raslaşdığı bütün “Rza” adlarını pozub onları başqa adlarla misal üçün “Qurbanəli” adı ilə dəyişmək istəyir.

Fəriba xanım Nəbati deyir ki, buna bənzər hadisələrə maneələrə görə insanda mədəniyyət sahəsində işləməyə maraq qalmır.

XS
SM
MD
LG