Accessibility links

Elm

Fizika üzrə Nobel Mükafatı yeni işıq ixtirasına verildi [Video]


Qaranlıq düşəndə Haiti, Ruanda və ya Suriyanın qaçqın düşərgəsində uşaqlar oxumaq, ev tapşırığını yerinə yetirmək üçün şamdan və ya kerosinlə işləyən lampadan istifadə edirlər. Açıq alov, bəzən yanğına səbəb olur. Bununla yanaşı buraxdığı zəhərli tüstü tənəffüs problemlərinə gətirib çıxarır.

Daşına bilən elektrikli lampalar təhlükəsiz və sağlamlıq baxımından ziyanlı deyil. Bununla yanaşı yeni ixtira indi bunu daha ucuz edib.

Kamil van Qestel Hollandiyada yerləşən WakaWaka şirkətinə başçılıq edir.

Kamil van Qestel: "İlk dəfədir ki, LED-ə əsaslanmış lampalar kerosindən daha ucuzdur."

İşıq saçan diod və ya LED təhlükəsiz və səmərəli elektronik işıq qaynağıdır. O, şəffaf ağ işıq saçır.

Van Qestel deyir ki, VVakaVVaka Svahili dilində Parlaq deməkdir və günəş enerjisiylə işləyən ən səmərəli lampa və telefon batareyasını yükləyən cihazıdır. Cihazdan dolu olduğu zaman 16 saat istifadə oluna bilər.

Qiyməti çox əlverişlidir və bateryasının ömrü çox uzundur. Çox asanlıqla düz yerdə qurulur, göydən asmaq olur və ya şüşə butulkanın başına yerləşdirilə bilir.

Van Qestel deyir ki, bu yoxsulların yoxsulu üçün nəzərdə tutulub.

Kamil van Qestel: "Bizim əsas hədəfimiz aşağı səviyyədə yaşayan, gündə iki dollardan az pulla dolanan insanlardır."

Van Qestel deyir ki, onun şirkəti digər bizneslər kimi fəaliyyət göstərir. Ancaq satışlardan əldə olunan gəlirin bir hissəsi Vaka Vaka cihazının yoxsulların əlverişli qiymətə işıq almasına sərf edilir. O, bu lahiyənin qeyri-hökumət təşkilatları tərəfindən dəstəkləndiyini deyir.

Kamil van Qestel: "Beynəlxalq Xilasetmə Komitəsi Suriyalı qaçqınları işıq və elektriklə təmin etmək üçün VakaVaka cihazını Suriyaya aparan ilk təşkilatdır. Hazırda VakaVaka Suriyada qeyri-ərzaq malı kimi ən dəyərli əşyadır."

Son 24 ayda şirkət 300 minə yaxın cihazı Suriya, Haiti, Ruanda, İndonesiya və Flippin adaları kimi ölkələrə göndərib. Onların hədəfi 2030-cu ilədək 1.2 miliyard insanı bu cihazla təmin etməkdir.

XS
SM
MD
LG