Accessibility links

Elm

Fizika üzrə 2014-cü il Nobel mükafatı iki yaponiyalı və bir yapon əsilli amerikalı alimə verilib


Fizika üzrə 2014-cü il Nobel mükafatı iki yaponiyalı və bir yapon əsilli amerikalı alimə verilib.

İsamu Akasaki,Hiroşi Amano və Şuji Nakamura bu yüksək mükafata LED kimi tanınan ekoloji təmiz mavi işıq saçan diodların ixtirasına görə layiq görülüb.

İsveç Kral Akademiyasının bəyanatında bildirilir ki, yeni texnologiyalar Yer kürəsinin resurslarının qorunmasına xidmət etməklə yanaşı, elektrik enerjisinə ehtiyacı olan 1.5 milyardlıq əhalinin həyat səviyyəsinin yüksəldəcəyini vəd edir.

Akasaki və Amano Yaponiyanın Naqoya Universiteti, Nakamura isə Santa Barbaradakı K aliforniya Universitetinin alimidir.

Üçlük 1.1 milyon dollarlıq mükafatı paylaşacaq.

XS
SM
MD
LG