Accessibility links

Şizofreniyadan əziyyət çəkən Nobel mükafatı laureatı, riyaziyyat üzrə alim Con Neş və xanımı ABŞ-da avtomobil qəzasında həlak olub. Con Neşin həyatı 2001-ci ildə çəkilmiş "A Beautiful Mind" filmində əksini tapıb.

86 yaşlı Neş və onun 82 yaşlı həyat yoldaşı Alisa şənbə günü taksidə getdikləri zaman sürücünün avtomobilə nəzarəti anidən itirməsi nəticəsində qəzaya uğrayıb.

Neş 1994-cü ildə 20-ci əsrin ən təsirli ideyası hesab olunan iqtisadiyyatda oyun nəzəriyyəsinə və riyaziyyatda qərar vermə araşdırmasına görə Nobel mükafatına layiq görülüb.

Oskar mükafatı laureatı Russel Krov "A Beautiful Mind" filmində Neşin şizofreniya ilə mübarizəsini canlandırıb. Neş son illər müalicəsini dayandıraraq öz normal fəaliyyətinə və araşdırmalarına dönməsinə baxmayaraq, o, bu xəstəlikdən 25 ildir əziyyət çəkdiyini deyib.

XS
SM
MD
LG