Accessibility links

Nobel komitəsi tibb üzrə mükafatın laureatını açıqladı


Nobel komitəsi tibb üzrə mükafatın laureatını açıqladı

Nobel komitəsi tibb üzrə mükafatın laureatını açıqladı

Britaniyalı alim vitro-mayalanma inkişaf etdirdiyinə görə 2010-cu il üçün tibbi sahə üzrə Nobel mükafatına layiq görülüb. İsveçdəki mükafat komitəsi bildirir ki, Robert Edvards milyonlarla ailəyə övladsızlıq problemlərində yardım edərək inqilabi dəyişikliyin əsasını qoyub. 85 yaşlı Edvardsın inkişaf etdirdiyi prosedur yumurtalıq hüceyrələrinin bədəndən kənarda mayalanmasına imkan yaradır ki, sonradan o, uşaqlıqda yerləşdirilsin. O, öz fəaliyyətini 1950-ci illərdə başlayıb və texnikanı 1988-ci ildə vəfat etmiş həmkarı Patrik Steptoe ilə bərabər kamilləşdirib. Nobel komitəsi bildirir ki, 1978-ci ildən bəri 4 milyon test-borusu uşağı adlanan uşaqlar dünyaya gəlib. Mükafat bir milyon yarım dollar həcmindədir və ona qızıl medal daxildir.

XS
SM
MD
LG