Accessibility links

Nobel mükafatı laureatı bildirir ki, İran hakimiyyəti müxalifəti sistematik şəkildə məhv edir


Nobel mükafatı laureatı bildirir ki, İran hakimiyyəti müxalifəti sistematik şəkildə məhv edir
Nobel mükafatı laureatı bildirir ki, İran hakimiyyəti müxalifəti sistematik şəkildə məhv edir

İyunun 19-da jurnalistlərlə görüşündə Şirin İbadi deyib: “Həbsdə saxlanan siyasi məhbusların bir-birinin ardınca ölməsi İran hakimiyyətinin siyasi müxalifləri sistematik şəkildə məhv etmək niyyətində olduğunu göstərir. Bəzən öz mövqeyindən dönməyən, yalançı etiraflar verməyə razılaşmayan siyasi məhbusu müxtəlif yollarla sındırmağa çalışırlar. Həmin işgəncələr isə sonda məhbusun ölümünə gətirir.”

Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi İran İslam Respublikası hakimiyyətinin dinc müxaliflərə, o sıradan da məhbus jurnalistlərə qarşı ardıcıl repressiyalarından danışıb.
“Media forum” saytının məlumatına görə, iyunun 19-da jurnalistlərlə görüşündə Şirin İbadi deyib: “Həbsdə saxlanan siyasi məhbusların bir-birinin ardınca ölməsi İran hakimiyyətinin siyasi müxalifləri sistematik şəkildə məhv etmək niyyətində olduğunu göstərir. Bəzən öz mövqeyindən dönməyən, yalançı etiraflar verməyə razılaşmayan siyasi məhbusu müxtəlif yollarla sındırmağa çalışırlar. Həmin işgəncələr isə sonda məhbusun ölümünə gətirir.
Bu gün İranda baş verən repressiyalar əslində düşünülmüş şəkildə həyata keçirilir. Bu cinayətləri hansısa məmurun özbaşınalığı kimi qiymətləndirmək olmaz. Baş verən cinayətlər bir-iki məmurun işi olsaydı, onda İran İslam Respublikası hakimiyyəti onların tutulub cəzalandırılmasına, məsələnin araşdırılmasına göstəriş verərdi. Lakin biz bu günə qədər hər hansı məmurun bu cinayətlərlə bağlı tutulub cəzalandırılmasını və ya məhkəməyə verilməsini görməmişik."

XS
SM
MD
LG