Accessibility links

Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilib


Dünyanı kimyəvi silahlardan təmizləməyə çalışan nəzarət qrupunun rəhbəri Norveçin paytaxtı Osloda keçirilən mərasimində Nobel Sülh Mükafatını qəbul edib.

Kimyəvi Silahlara Qadağa Təşkilatının rəhbəri Əhməd Uzumcu Hollandiyada qərargahlanmış qrupun adından mükafatı alıb.

Nobel komitəsinin sədri Torbjorn Jaqland deyib ki, Kimyəvi Silahlara Qadağa Təşkilatının adları məxfi saxlanılan müfəttişləri son dərəcə mühüm və ağır iş görürlər.

Bu gün fizika, kimya, səhiyyə, ədəbiyyat və iqtisadiyyat sahələrində də Nobel mükafatları Stokholmda başqa mərasimdə təqdim ediləcək.

Laureatlar 1.2 milyon dollar dəyərində medal, diplom və pul mükafatları alır.

Qaliblərin şərəfinə ədəbiyyat və akademik müzakirələr və ziyafət mərasimləri və festival həftəsi keçirilir.

Laureatların 12-si mükafatı almaq üçün özləri gəlib. 13-cü laureat, ədəbiyyat mükafatının qalibi, Alis Munro səhhəti ilə əlaqədar olaraq mərasimdə iştirak edə bilməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG