Accessibility links

2016-cı il Fizika üzrə Nobel Mükafatının qalibləri açıqlanıb


Bu gün Nobel münsiflər heyəti 2016-cı il Fizika üzrə Nobel Mükafatına ABŞ-ın 3 universitet professorunun layiq görüldüyünü bildirib.

Britaniyada doğulmuş 3 alim - Deyvid Toiless, Dunkan Haldeyn və Maykl Kosterlitzin həyata keçirdiyi araşdırma bərk maddələrin davranışına tam gözlənilməz yeni anlayış gətirib.

Fizika üzrə Nobel Mükafatı Komitəsinin müvəqqəti sədri Nils Martenson tədbir zamanı 3 alimin həyata keçirdiyi araşdırmanın vacibliyindən danışıb.

"Bugünkü təkmilləşmiş texnologiya, misal üçün kompyuterlərimiz bizim cəlb olunan materialları nəzarət və anlama bacarığımıza etibar edir. Bu ilin Nobel laureatları öz nəzəri işlərində topologiya adlanan riyazi konsept yaradaraq maddələrin davranışında gözlənilməz müntəzəmliklər aşkar ediblər".

Martenson deyib ki, alimlər həmçinin yeni davranışı izah etmək üçün riyazi tarazlıq yaradıblar.

Touless Vaşinqton Universitetinin, Haldeyn Prinston Universitetinin, Kosterlitz isə Braun Universitetinin professorudur.

XS
SM
MD
LG