Accessibility links

İqtisadiyyat üzrə Nobel mükafatı iki amerikalıya verildi


Thomas Sargent y Christopher Sims ganaron el Nobel por su investigación sobre macroeconomía.
Thomas Sargent y Christopher Sims ganaron el Nobel por su investigación sobre macroeconomía.

Amerikalılar Tomas Sarcent və Kristofer Sims 2011-ci il iqtisadiyyat üzrə Nobel mükafatının qalibləri olublar. İqtisadiyyatçı-alimlər bu yüksək mükafata hökumətin siyasi qərarları və iqtisadiyyat arasında münasibətlərin araşdırılmasına görə layiq görülüblər.

İsveç kral akademiyası amerikalılı professorların makroiqtisadiyyatın səbəbləri və təsirləri sahəsində təcrübi araşdırmalarına görə Nobel mükafatına layiq görüldüklərini bəyan edib. Komitə bildirib ki, iqtisadçı alimlər faiz dərəcələrinin artırılması, ya da vergilərin ixtisarının iqtisadi artım və inflasiyaya təsiri kimi məsələlərin ünvanlanması üçün metodların inkişaf etdirilməsinə nail olublar.

Tomas Sarcent Nyu-York, Kristofer Sims is. Prinston universitetinin prosfessorudur. Hər iki alim araşdırmanı müstəqil olaraq aparıb. Kristofer Sims deyib ki, araşdırmaların 1970-ci və 1980-ci illərdə aparılmasına baxmayaraq, o hazırda qlobal iqtisadiyyatı düşdüyü vəziyyətdən çıxarmaq üçün yollar tapmağın vacib olduğunu düşünüb.

ABŞ və Avropa ölkələrinin mərkəzi bankları yüksək borc, işsizlik və aşağı artım kimi ciddi iqtisadi problemləri həll etmək üçün siyasi seçimlər etməlidir.

XS
SM
MD
LG