Accessibility links

Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib


Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib

Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib

Çində həbsdə olan bu ilin qalibi Lui Siaobo mərasimdə boş stulla təmsil olunub

Çinin etirazlarına məhəl qoymarayaraq Nobel Komitəsi bu gün Norveç paytaxtı Osloda bu il Nobel Sülh Mükafatının qalibi həbsdə olan çinli dissident Lui Siaobonun mükafatının təqdim etmə mərasimini keçirib.

Tədbirdə çıxışı zamanı Norveç Nobel Komitəsinin rəhbəri Thorbjoern Jaqland Luinin həbsdə olduğunu vurğulayıb və mükafatı onun özünün ala bilməməsinə görə təəssüf hissi keçirdiyini bildirib. O deyib ki, bu faktın özü də mükafatın vacibliyini və lazımi insana təqdim olunduğunu göstərir. Çində hakimiyyəti devirmək cəhdi ittihamı ilə 11 il həbsə məhkum olan Lui mərasimdə boş stulla təmsil olunub.

XS
SM
MD
LG