Accessibility links

ABŞ-ın nümayəndə heyətinin Şimali Koreyaya səfəri davam edir


Nyu Meksiko ştatının keçmiş qubernatoru Bil Riçardson kommunist ölkəni silah sınaqlarını dayandırmasına səsləyib.

Şimali Koreyaya səfər edən Google şirkətinin rəhbərləri və ABŞ rəsmilərindən ibarət nümayəndə heyətinin üzvləri kommunist ölkəni silah proqramlarını dayandırmağa, internet və mobil telefonlar şəbəkəsinin genişləndirilməsinə çağırıb.

Nümayəndə heyətinə başçılıq edən Nyu Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson Assoşieyted Press agentliyinə deyib ki, qrup Şimali Koreyada saxlanılan ABŞ vətəndaşına ədalətli rəftar nümayiş etdirilməsini istəyib.

Birləşmiş Ştatların BMT-də keçmiş səfiri olan Riçardson və Google şirkətinin icraçı direktoru Erik Şmidt Pxenyana özlərinin bildirdiyi kimi humanitar missiya ilə dörd günlük səfərə bazar ertəsi başlayıblar.

ABŞ Dövlət Departamenti səfəri tənqid edərək onun vaxt baxımından münasib olmadığını bildirib.

Səfər Şimali Koreyanın keçən ay raket sınağı keçirməsindən sonra edilir. Rəsmi Vaşinqton raket sınağını regional sabitliyə təhlükə adlandıraraq, bunun BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması olduğunu bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG