Accessibility links

Şimali Koreya Cənubi Koreya ilə dəniz sərhəddində təlimlərə başlayıb


Şimali Koreya Cənubi Koreya ilə dəniz sərhədində mübahisəli əraziyə yaxın məsafədə artlleriya təlimlərinə başlayıb.

Seulun müdafiə nazirliyinin sözçüsü Kim Minseok Pxenyanın planlaşdırılmış təlimlər haqda nazirliyi məlumatlandırdığını deyib.

Cənubi Koreya hərbçiləri Şimali Koreyanın 50 dəfə artileriya atəşi açdığını və onların heç birinin Cənubi Koreya ərazisinə düşmədiyini deyib.

Şimali Koreya ötən ay buna bənzər hərbi təlimlər keçirib. Ötən təlimlər zamanı bəzi mərmilər Cənubi Koreya sularına düşərək, Seulu cavab atəşi açmağa vadar edib.

Pxenyanın dördüncü nüvə sınağını keçirməyə hazırlaşdığı barədə xəbərdarlıqdan sonra gərginlik həmişə olduğundan daha yüksəkdir.
XS
SM
MD
LG