Accessibility links

Şimali Koreya Cənubla danışıqlara hazırdır, lakin BMT komissiyasının iştirakını istəmir


Şimali Koreya Cənubla danışıqlara hazırdır, lakin BMT komissiyasının iştirakını istəmir

Şimali Koreya Cənubla danışıqlara hazırdır, lakin BMT komissiyasının iştirakını istəmir

Şimali Koreya bildirib ki, Cənubi Koreya ilə hərbi gəminin batırılması məsələsini müzakirə etməyə hazırdır, lakin BMT-nin Koreya müharibəsi zamanı əldə edilmiş sülhə nəzarət edən komissiyası danışıqlarda iştirak etməməlidir.

Koreyanın mərkəzi xəbər agentliyi bu gün bildirib ki, Pxenyan hərbi səviyyədə danışıqlara hazır olacaq. Lakin agentlik xəbər verib ki, ABŞ qüvvələri BMT qüvvələrinin komandanlığı adından Şimalla Cənub arasında məsələlərə müdaxilə etməməlidir.

Cənubi Koreya Şimalı mart ayında hərbi Şeonan gəmisini torpedo ilə vuraraq batırmaqda ittiham edir. Hadisə 46 adamın ölümülə nəticələnmişdir. BMT-nin beynəlxalq komandanlığı Şimalı bu hücumla Koreya müharibəsi zamanı əldə edilmiş sülhü pozmaqda ittiham edir.

Pxenyan hökuməti gəminin batırılmasında əli olduğunu rədd edir. Koreyanın mərkəzi xəbər agentliyi hücumu Vaşinqton və Seulun əvvəlcədən planlaşdırdığı aksiya kimi bir daha qınayıb.

XS
SM
MD
LG