Accessibility links

Nüvə sınaqları - Seysmoloji xəbərdarlıqlar [Video]


Şimali Koreya son 10 ildə üçüncü nüvə sınağı keçirdi. Əvvəlki sınaqlarda olduğu kimi, bu sınaq zamanı da dünya boyu yer titrəyişi hiss olundu.

Atom dövrünün başlamasından demək olar ki, 70 il keçir. Birləşmiş Ştatların Hiroşima və Naqasakiyə atom bombası salması II Dünya Müharibəsinə son qoydu. Həmin faciə də yaddaşlardan silinməsə də, beynəlxalq nüvə silahları yarışına yol açıb. Dünyanın 8 ölkəsi hal-hazırda nüvə sılahına malikdir. 9-cu isə İsraildir ki, atom bombası olmasını nə təsdiq edir, nə də inkar. Şimali Koreyaya gəldikdə isə, o özünün yeraltı nüvə sınağını fevralın 12-də keçirib.

Dünya boyu Şimalı Koreyanın nüvə silahını sınaqdan keçirdiyi zaman seysmoloqların ekranları parıldamağa başladı. Von Yanq və Pol Riçards hər üç sınağa nəzarət edib. “Birinci sınaq zamanı titrəyiş 4.3, ikinci sınaq zamanı 4.0, üçüncü sınaq zamanı isə 5.1 bal gücündə oldu. Bu da o deməkdir ki, 5 bal gücündən yüxarı olduqda dünyanın seysmoloki stansiyaları bunu qeydə ala bilir.” deyə, Kim bildirir.

Şimali Koreya XXI əsrdə nüvə silahını sınaqdan keçirən yeganə ölkədir. Bu videoda Şimali Koreya mühəndisləri nüvə laboratoriyalarında çalışdıqları nümayiş etdirilir. Seysmoloqların dediyinə görə, Şimali Koreyanın keçirdiyi son sınağın gücü, 1945-ci ildə Yaponiyaya atılan atom bombalarının gücündən az olub.

Çinin nəzarət stansiyası sınağın keçirldiyi yerdən təxminən 350 km məsafədədir və sınaq keçirilərkən neçə bal gücündə olduğu əvvəlcə Çində müşahidə olunub. Bundan bir neçə saniyə sonra isə dünyanın digər ölkələrindəki seysmoloji stansiyalara çatıb.

Nyu-York ştatındakı kiçik Palisseyd şəhərində işləyən Riçards və Kim bunu belə izah edirlər. Pol Riçards: “Seysmoqraf yerin müxtəlif vaxtlarda necə tərpənməsini müşahidə edir. İlkin şok dalğalar çox güclü və impulsivdir."

Von Kim: “Biz nüvə sınağının konkret harada keçirildiyini bilirik. Bu çox sadədir. Buraya siqnal dərhal daxil olur və bu qəfil siqnal tektonik yerdəyişmə göstərən siqnallardan fərqlidir.”

Seysmoloqlar adətən nüvə sınaqlarının 1500 metrə qədər dərinlikdə keçirildiyini, zəlzələnin epi-sentrinin isə daha dərinliklərdə olduğunu deyirlər. Bunlar arasındakı fərqi asanlıqla görmək olur. Kim Şimalı Koreyanın nüvə sınaqlarını əvvəllər keçirdikləri yerdə olmasa da eyni ərazıdə keçirdiklərini deyir. “Biz onların iki tunelinin, birnin Cənub, digərinin isə Qərb tunelləri olduğunu bilirdik. Biz sınağın Qərb tunelində keçirildiyinə inanırıq.”

Şimalı Koreyada bu sınaq qələbə kimi bayram edilən bir vaxt, Kim və Riçards belə silahlardan istifadə edildiyi təqdirdə, inanılmaz dağıntılarla nəticələnə biləcəyini deyirlər.
XS
SM
MD
LG