Accessibility links

Şimali Koreya iki yaxın mənzilli ballistik raketlərini sınaqdan çıxarıb


Şimali Koreya ölkənin şərq sahillərindən okeana iki yaxın-mənzilli ballistik raket atıb. Bu, son iki həftə ərzində dördüncü belə sınaqdır.

Bu gün Cənubi Koreyanın müdafiə rəsmiləri Hvanqhae vilayətindən buraxılan və Skud adlandırıldığı ehtimal edilən raketlərin 500 kilometr məsafəni hədəf ala bildiyini deyib.

Raketlər Cənubi Koreyanın Şərq dənizi, Tokionun isə Yapon dənizi adlandırdığı sulara düşüb. Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa raket sınaqlarını pisləyib.

Son həftələrdə Cənubi Koreyanın gərginliyin azaldılmasına dair razılığı qəbul etməsini tələb edən Şimali Koreya BMT sanksiyalarına cavab olaraq ballistik raket sınaqlarını həyata keçirib.

Seul təklifi rədd edərək nüvə proqramını zərərləşdirməsi istiqamətində Pxenyanın ilk addım atmalı olduğunu bildirib.

XS
SM
MD
LG