Accessibility links

Şimali Koreya rəsmiləri fəaliyyətsiz nüvə reaktorunda bütün əməliyyatları bərpa etməyə başladıqlarını deməklə Koreya yarımadasında onsuz da artan gərginliyi daha da dərinləşdirib.

Şimali Koreyanın rəsmi Mərkəzi Xəbər Agentliyi rəsmilərə istinadən bildirib ki, Pxenyan daha çox silah düzəltmək və ölkənin elektrik qıtlığının qarşısını almaq üçün Yonqbyon obyektinin fəaliyyətini bərpa edəcək.

Agentliyin yaydığı məlumatda bərpa işlərinə uran zənginləşdirmə zavodu və beş meqavatlıq reaktorun daxil olduğu deyilir.

Reaktorun 2007-ci ildə bağlandığı və soyuducu qurğunun iqtisadi yardım əvəzində məhv edildiyi deyilir.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Şimalın bu qərarını dərhal pisləyib.

Bu addım Şimali Koreyanın üçüncü nüvə və raket sınaqlarına cavab olaraq BMT-nin tətbiq etdiyi sanksiyalardan hiddətlənən Pxenyanın həftələrdir davam edən hədələrinin ardınca baş verib.

Şimali Koreyanın sözcüsü reaktorun təmir işlərinə dərhal başlanacağını deyib. Alimlər bir nüvə silahı əldə etmək üçün kifayət qədər plutoniumun yaradılmasının bir il vaxt aparacağını deyib.

Şimali Koreyada səkkiz nüvə silahı əldə etmək üçün kifayət qədər plutonium var.
XS
SM
MD
LG