Accessibility links

ABŞ boyu nümayişlər vüsət alıb. Bu dəfə nümayişçilər Şimali Dakotada yerli hindli amerikalıların ərazisində neft kəməri salınmasına etiraz edir.

Nümayişçilər 1700 kilometr uzunluğu olan Dakota Access neft kəmərinin tamamlanmasını dayandırmaq uğrunda mübarizə aparan Standing Rock Sioux qəbiləsinin üzvləri ilə həmrəylik nümayiş etdirmək üçün Nyu-York şəhərinin küçələrinə çıxıb.

Yerli hindli qəbilələr və ətraf-mühit fəalları deyib ki, layihə regionunu su təchizatına təhlükə yaradır və müqəddəs mədəni əraziyə zərər yetirəcək.

“Biz torpağı zəhərli neft kəmərlərindən müdafiə edən Siox qəbilə üzvləri ilə həmrəyik. Onlar bütün regionda milyonlarla insanı və bütün planetin iqlimini təhlükə altına alırlar” deyə nyu-yorklu nümayişçi Marti Qudmen bildirib.

Viskonsin ştatının Milveyki şəhərində layihəni maliyələşdirən Wells Fargo bankı qarşısında da nümayişlər keçirilib.

Siox qəbilə üzvləri tikintini dayandırmaq üçün aylardır neft kəmərinin keçəcəyi yol üzərində düşərgə qurub. Nümayişlər iyulda kəmərin Oahe gölü yaxınlığında qoruqdan bir kilometrdən də az məsafədə Missuri çayının altından keçməsinə dair icazə alındıqdan sonra daha da intensivləşib.

Ötən ay polislə zorakı qarşıdurmadan sonra azı 100 nümayişçi həbs edilib.

Dakota Access neft borusu Şimali Dakota ştatında iki neft sahəsindən hər gün azı 400 min barel xam nefti İlinois ştatında yerləşən zavoda daşıyacaq.

Layihəni həyata keçirmək istəyən şirkətlər ABŞ federal məhkəməsinə Obama administrasiyasının federal ərazidə tikintini dayandırmaq barədə hökmün dəyişdirilməsi üçün müraciət edib.

Show comments

XS
SM
MD
LG