Accessibility links

Cənubi Koreya: Pxenyan üçüncü nüvə sınağına hazırlaşır


Cənubi Koreyanın Yonhap xəbər agentliyinin verdiyi məlumata görə, Şimali Koreya üçüncü nüvə sınağına hazırlıqlar görür.

Adının açıqlanmadığı kəşfiyyat mənbəsinə istinadən edilən xəbərdə deyilir ki, peyk vasitəsilə çəkilmiş foto-şəkillərdə fəhlələrin ölkənin şimal-şərq bölgəsində yerləşən Punqqye-ri nüvə obyektində yeni tunel qazdığı görünür.

Şimali Koreya əvvəlki iki nüvə sınaığını 2006-cı ildə oktyabrda və 2009-cu ildə may ayında həmin obyektdə tunellərdə keçirmişdi. Mənbə Yonhap agentliyinə bildirib ki, tuneldə işlərin son mərhələyə keçdiyi görünür.

Şimali Koreya fevral ayında nüvə sınaqları, uran zənginləşdirilməsi sahəsində fəaliyyətlər və uzun mənzilli raket sınaqlarını dayandırmağa razı olmuşdu. Bundan bir neçə gün sonra ABŞ Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların yoxsul Şimali Koreyanı ərzaq yardımı ilə təmin edəcəyini elan etmişdi.

Lakin razılıq Pxenyanın BMT-nin qətnamələrini pozaraq, bu ay uzun mənzilli raket sınağı keçirmək planlarını elan etməsindən sonra pozulmuşdur.

Bazar günü sınağın keçirildiyi yerdə olmuş Qərb jurnalistləri raketin platformaya qoyulduğunu bildirib.

Pxenyan planlaşdırılmış sınağın məqsədinin fəzaya metereoloji peyk göndərmək olduğunu bildirir. Lakin Birləşmiş Ştatlar, Yaponiya və Cənubi Koreya daxil olmaqla, başqa ölkələr bunun gizli raket sınağı olduğunu düşünür.

XS
SM
MD
LG