Accessibility links

Kim Conq Un inqilabi silahlı qüvvələrin ali baş komandanı oldu

  • Amerikanın səsi

Kim Conq Un inqilabi silahlı qüvvələrin ali baş komandanı oldu

Kim Conq Un inqilabi silahlı qüvvələrin ali baş komandanı oldu

Şimali Koreya rəsmi xəbər agentliyi yeni liderin yeni titulunu elan edib

Şimali Koreyanın dövlətə məxsus mediası Kim Conq Unu hərbi qüvvələrin ali komandanı kimi təqdim edib. Bu, ilk dəfədir ki, Şimali Koreya rəsmiləri heç bir hərbi təcrübəsi olmayan yeni liderin tutulu kimi ali baş komandan ifadəsini işlədir. Bundan öncə ölkənin ali baş komandanı onun keçən həftə vəfat etmiş atası Kim Conq İl idi. Bu, kommunist Şimali Koreyada hakimiyyətin atadan oğula ikinci dəfə ötürülməsidir. Şimali Koreya ölkədə Kim Conq Un dövrünün başladığını cümə axşamı elan etmişdi. 17 il hakimimyyətdə olan Kim Conq İlin keçən həftə ölümündən sonra regionda və Qərbdə nəhəng hərbi arsenala və nüvə ambisiyalarına malik, eyni zamanda, cənub qonşusuna hədsiz nifrət bəsləyən Şimali Koreyanın gələcəyi ilə bağlı narahatlıqların artması müşahidə olunur. Bu arada, Cənubi Koreyada fəallar Şimal ərazisinə rejim əleyhinə vərəqələr və qara bazarda ərzaqa dəyişdirilə biləcək isti corablar atmağa başlayıb. Əvvəllər rəsmi Pxenyan sərhəddən kontrabanda mallar atan insanların artilleriya atəşinə tutulacacağı ilə hədələrlə çıxış etmişdi.

XS
SM
MD
LG