Accessibility links

Şimali Koreyanın bildirdiyinə görə, Birləşmiş Ştatlardan olan tələbəni ölkəsinə qarşı düşmənçilik aksiyası həyata keçirmək şübhəsi ilə həbs edib.

Koreya Mərkəzi Xəbər Agentliyi Virciniya universitetinin tələbəsi Otto Frederik Uormbirin Şimalı Koreyaya turist kimi gəldiyini və məqsədinin ölkədəki birliyi məhv etmək olduğunu bildirib.

Xəbər agentliyi tələbəyə qarşı iddia edilən cinayətlər barədə məlumat verməsə də, onun Birləşmiş Ştatlar hökuməti tərəfindən göndərildiyini deyib. Agentlik məsələ ilə bağlı detallara varmayıb, lakin təhqiqat aparıldığını bildirib.

Özünün LinkedIn səhifəsində Uormbir Virciniya universitetinin "İqtisadiyyat və Qlobal davamlılıq" fakültəsini bitirdiyini yazıb.

XS
SM
MD
LG